1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
17 
İyn
2020
09:33
3147

İyulun 1-dən sonra Avropa ölkələrinə sərhədlər açılacaqmı? AÇIQLAMA

İyulun birindən sonra, Avropa İttifaqı üçüncü (Aİ-yə üzv olmayan ölkələr üçüncü sayılır) ölkələrlə sərhədini ancaq Avropaya üzv ölkələrinin razılığı ilə açacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası tərəfindən yayılan məlumatda deyilir.

Administrasiyanın məlumatına görə, Avrokomisiyanın sərt tələbidir ki, seçilən üçüncü dövlətlər üçün Avropa İttifaqının üzvü olan bütün ölkələrin sərhədləri açılsın.

“Nəticədə, sərhədlərin açılması, istənilən ölkələrlə selektiv prinsiplərlə olmayacaq. Avropa ittifaqı rekomendasiyalar verir ki, iyul ayına qədər üçüncü ölkələrlə sərhədlər açılmasın” – deyilir məlumatda.

Gürcüstanın Milli Turizm Administrasiyasında qeyd edirlər ki, hələlik üçüncü ölkələrlə sərhədlərin açılması üçün ümumi rekomendasiyalar yayılıb, rekomendasiyada əsasən, sərhədlər sadəcə epid-vəziyyət Avropa İttifaqının ölkələrindəki kimi və yaxud onlardan daha yaxşı olan ölkələr üçün açılacaq.

Bizimlə əlaqə saxlayın



Digər "iqtisadiyyat" xəbərləri