15 
Iyn
2020
12:22
598

Gürcüstanın xarici ticarət dövriyyəsinin mənfi saldosu 1,7 mlrd. dolları ötüb

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi illik müqayisədə 16,8% azalaraq 4 206,2 mln. ABŞ dolları təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ixrac həcmi 16,2% azalaraq 1 235,4 mln. dollar təşkil edib, idxal isə 17% azalaraq 2 970,8 mln. dollar olub. Hesabat dövründə Gürcüstanın xarici ticarətində mənfi saldo 1 735,4 mln. dollar təşkil edib ki, bunun da xarici ticarətdə payı 41,3%-ə bərabər olub.

Bizimlə əlaqə saxlayın