09 
Iyn
2020
11:56
532

Gürcüstana yatırılan birbaşa xarici investisiyalar 41,7% azalıb

Bu ilin I rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 41,7% azalaraq 165,4 mln. ABŞ dolları təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) rüblük hesabatında deyilir.

Qeyd olunub ki, hesabat dövründə xarici investisiyaların azalmasının əsas səbəbləri arasında boru kəməri layihələrinin tamamlanmasıdır. Cari ilin I rübündə Gürcüstanın əsas birbaşa xarici investisiyalar Böyük Britaniyanın payına düşüb – 73,1 mln. dollar. Bu, Gürcüstana qoyulan ümumi investisiyaların 44,2%-ni təşkil edib. Digər yerlərdə isə ABŞ (17%) və Panama (11,9%) qərarlaşıb.

Bizimlə əlaqə saxlayın