1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
09 
İyn
2020
10:01
3065

Gürcüstan aviareysləri bərpa edir

Gürcüstana beynəlxalq aviareyslər iyulun 1-də bərpa ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin tarixdən etibarən Gürcüstan epidemik vəziyyətin sabit olduğu ölkələr üçün hava məkanını açacaq.

Bununla yanaşı, Gürcüstanın hava limanları yeni qaydalar əsasında fəaliyyət göstərəcək, turistlərin ölkəyə buraxılmasına ciddi nəzarət ediləcək.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turizmi bərpa etməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın



Digər "iqtisadiyyat" xəbərləri