04 
Iyn
2020
12:53
907

Dörd bələdiyyədə infrastruktur üçün 1.4 milyondan çox lari ayrıldı

Bu il Kaxetinin dörd bələdiyyəsində (Telavi, Gürjani, Axmeta və Siqnaxi) ümumi dəyəri 1,4 milyon lari olan infrastruktur layihələri həyata keçirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Kaxeti qubernatorluğu məlumat verib.

Kaxeti qubernatorunun mətbuat xidmətindən verilən məlumata görə, bölgənin qubernatoru İrakli Kadagişvili və Telavi bələdiyyəsinin meri Şota Nareklişvili yol tikintisi davam edən yüksək dağlıq Tetritsklebi kəndinə (Telavi bələdiyyəsi) baş çəkiblər. Hökumət nümayəndələri görülən işlərlə tanış olublar.

Bizimlə əlaqə saxlayın