04 
Iyn
2020
11:54
1137

Gürcüstan bir çox ölkənin edə bilmədiyini bacarıb

"Gürcüstan unikal bir şeyi bacardı, bir çox dünya dövlətləri bunu edə bilmədi və praktiki olaraq, 3 ay ərzində, bütün dünyanın maska defisiti ilə üzləşdiyi bir vaxtda, Gürcüstan bunu bacardı və idxalçı dövlətdən ixracatçı ölkəyə çevrildi".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ″Medifar″ şirkətinin maska istehsal olunan müəssisəsinə qonaq olarkən bildirib.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, müəssisə bu yaxınlarda fəaliyyətə başlayıb və bu günnə kimi 24 saatda təxminən 100 000 ədəd, ayda isə 3000 000 ədəd yüksək keyfiyyətli tibbi maska istehsal edir və yaxın zamanlarda ixraca başlamağı planlaşdırır.

Turnavanın sözlərinə görə, "Medifar″ şirkəti müəssisəyə 2 milyon laridən artıq investisiya həyata keçirib.

″Medifar″ tərəfindən istehsal olunan məhsul Gürcüstan miqyasında artıq aktiv şəkildə satılır, lakin şirkət yaxın vaxtlarda məhsulun ixrac edilməsini planlaşdırır. Şirkət hazırda maskaları ixrac etmək üçün İsrail, Rusiya, Belçika, Avstriya, İtaliya və ABŞ kimi ölkələrlə aktiv şəkildə danışıqlar aparır " - deyə İqtisadiyya Nazirliyinin məlumatında qeyd olunub.
Onların sözlərinə görə, müəssisədə hazırda 30 nəfərdən çox insan işlə təmin olunub.

Bizimlə əlaqə saxlayın