20 
May
2020
09:37
2882

Gürcüstanda valyutadəyişmə məntəqələri nə vaxt açılır? Deputatdan açıqlama

"Düşünürəm ki, Gürcüstanda valyutadəyişmə məntəqələri fövqəladə vəziyyətin ləğvindən dərhal sonra açılacaq".

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında parlamentin sənaye iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Roman Kakulia deyib.

“Yəqin ki, hansı günün olduğunu dəqiq deyə bilmərəm, amma bu işin əvvəlki kimi normal hala qayıdacağı göz qabağındadır. İndi tarixi dəqiq deyə bilmərəm, amma fövqəladə vəziyyət bitdikdən sonra düşünürəm ki, çox yaxında açılacaq”, - dedi deputat.

Qeyd esək ki, martın 31-dən ölkə daxilində valyutadəyişmə məntəqələri bağlanıb.

Xatırladaq ki, Gürcüstanda fövqəladə vəziyyət müddəti mayın 22-də başa çatır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər