15 
May
2020
18:06
3271

Bu tarixdən Gürcüstanın Georgia Airways Hava Yolları Şirkəti uçuşları bərpa edir

Gürcüstan hava yolları Georgia Airways ("Georgia Airlines") iyulun 1-dən etibarən müntəzəm uçuşları bərpa edir.

InterPress.ge xəbər verir ki, bu barədə şirkətin Facebook səhifəsində qeyd olunub.

Aviaşirkət bildirir ki, May və İyun aylarına bilet alan vətəndaşlar iyulun 1-dən başlayaraq istənilən alternativ tarixi seçə bilərlər.

"Georgia Airways aviaşirkəti iyulun 1-dən müntəzəm uçuşlara başlayacaq. Dünən Gürcüstan Mülki Aviasiya Agentliyi planlaşdırılmış uçuşlara qoyulan qadağanın iyunun 31-dək qüvvədə olacağını elan etdi. May-iyun ayları üçün bilet alan sərnişinlər digər tarixlərə biletləri pulsuz sifariş edə bilərlər" deyə şirkətin rəsmi bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər