14 
May
2020
14:38
859

Gürcüstan xarici turistlərin cəlb edilməsi istiqamətində qonşu ölkələrlə danışıqlar aparır

Gürcüstan ölkədə turizm sektorunun bərpası məqsədilə bir sıra ölkələrlə “yaşıl dəhliz”in yaradılması istiqamətinə müzakirələr aparır.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin sessiyasında deyib.

O bildirib ki, Gürcüstanın xarici turistləri qəbul edəcəyi ilk ölkə İsrail olacaq. İsraillə yanaşı Gürcüstan digər ölkələrlə də “yaşıl dəhliz”in yaradılması istiqamətində aktiv danışıqlar aparır: “Bizim Çexiya, Polşa, Baltik ölkələri, Avstriya və əlbəttə ki, qonşu ölkələrlə aktiv danışıqlarımız davam edir. Gürcüstan onların ən təhlükəsiz şəkildə səfər etmələrini təmin etmək üçün əlindən gələni edəcək”.

Bizimlə əlaqə saxlayın