17 
Mat
2020
12:31
1210

Gürcüstanda ən yüksək maaşlı sahələr açıqlandı

Gürcüstanda 2019-cu ilin IV rübündə orta aylıq nominal əməkhaqqı 1 319,6 lari (473 ABŞ dolları) təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisə orta aylıq maaş 117,6 lari artıb. Hesabat dövründə ölkədə ən yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

Peşəkar, elmi və texniki fəaliyyət – 2 216,3 lari (795 dollar)

İnformasiya və kommunikasiya - 2 071,3 (742 dollar)

Tikinti - 2 037,1 lari (730 dollar)

Maliyyə və sığorta fəaliyyəti - 1 935,9 lari (694 dollar)

Ötən ilin oktyabr-dekabr aylarında orta aylıq nominal əməkhaqqı qadınlar üçün 1 018,5 lari (365 dollar), kişilər üçün isə 1 593,2 lariyə (570 dollar) bərabər olub. İqtisadiyyatın əksər sahələrində kişilərin orta aylıq maaşı qadınlarla müqayisədə yüksək olub.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Iqtisadiyyat xəbərləri