16 
Mar
2020
17:29
4726

Gürcüstanın milli valyutası rekord həddə ucuzlaşıb - Rəsmi məzənnə

Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib.

InterPress.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 3.0118 lariyə bərabər olacaq.

Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2.9942 lari təşkil edib.

Qeyd edək ki, bu, Gürcüstan tarixində qeydə alınmış larinin ən aşağı rəsmi məzənnəsidir.

Bizimlə əlaqə saxlayın