02 
Dek
2020
09:36
574

Ronaldu Messini üstələyərək daha bir mükafata sahib oldu

“Yuventus” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Golden Foot-2020” mükafatının laureatı olub.

InterPress.ge xəbər verir ki, bu barədə eurosport.ru məlumat yayıb.

Mükafat futbolun inkişafına töhfəyə görə verilir. Qalib Goldenfoot.com saytındakı səsvermə ilə seçilir. K. Ronaldu səsvermədə Messi, Arturo Vidal, Neymar, Corco Kellini, Robert Levandovski, Serxio Ramos, Serxio Aquero, Jerar Pike və Məhəmməd Salahı üstələyib.

Həmçinin karyerasındakı nailiyyətlərə görə “Yuventus”un prezidenti Andrea Anyelli mükafata layiq görülüb.

Bizimlə əlaqə saxlayın