Bu gün Azərbaycan yığması Gürcüstanın qonağı olacaq
Bu gün 21 yaşadək futbolçulardan ibarət Gürcüstan və Azərbaycan yığması Avropa çempionatının növbəti seçmə oyununu keçirəcək.
InterPress.ge-nin məlumatına görə, Azərbaycanın Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Gürcüstanın qonağı olacaq. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək görüş Tbilisi vaxtı ilə saat 19:00-da başlanacaq.
Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Hazırda Gürcüstan 9 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci yerdə gedir. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada Gürcüstan qalib gəlib - 3:0.
13 oktyabr
AVRO-2021
19:00. Gürcüstan - Azərbaycan
Hakimlər: Dmitri Dmitriyev, Denis Yemelyançikov, Anton İqnatsyuk, Denis Şerbakov (Hamısı Belarus)
Qori, Tengiz Burjanadze adına stadion.