16 
Iyl
2020
07:54
668

İbrahimoviç “Milan”ın heyətində 100-cü oyununa çıxıb

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün “Parma” ilə oyun xüsusi olub.

InterPress.ge Eurosport.ru-ya istinadən xəbər verir ki, təcrübəli ulduz bu gün “Milan”ın heyətində 100-cü oyununa çıxıb.

Yubiley matçı “Milan” üçün uğurlu olub. Belə ki, “rossonyerlər” rəqiblərini 3:1 hesabı ilə məğlub edə biliblər.

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə italyan klubunun şərəfini qoruyub. Onun kluba qayıdışı isə bu ilin yanvarında baş tutub.

Bizimlə əlaqə saxlayın