27 
Dek
2020
10:06
619

Bu ölkə sərhədlərini xarici ölkə vətəndaşları üçün bağladı

Yaponiya xarici ölkə vətəndaşlarının 2021-ci il yanvar ayının sonuna qədər ölkəyə səfər etməsinə qadağa tətbiq edib.

Bu barədə yaponiyanın “Kyodo News” agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün Yaponiyaya Böyük Britaniyadan səfər etmiş beş nəfərdə koronavirusanın yeni mutasiya etmiş növü aşkar edilib.

Xatırladaq ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.

Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.

Bizimlə əlaqə saxlayın