26 
Dek
2020
09:27
830

Sağ oğlunun dəfn mərasimi üçün pul yığan qadın həbs edildi

Rusiyanın İrkutsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzluq edən qadını saxlayıblar.

REN TV xəbər verir ki, o, həyatda olan uşağının dəfn olunması üçün sosial şəbəkələrdən pul yığıb.

Anqarsk vilayətinin sakini polisə müraciət edərək deyib ki, cənazə üçün pul yığılması barədə bir dostunun sosial şəbəkələrdə paylaşımını görüb və müəyyən bir məbləğ köçürüb. Ancaq sonradan qadınının övladının ölmədiyini öyrənib.

Məlum olub ki, şübhəli yeddi yaşlı oğlunu böyütmək və saxlama vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün yetkinlik yaşına çatmayanlar şöbəsində qeydiyyatda olub.

Bu əsaslarla oğlan bir neçə ay əvvəl ailədən alınıb və ailələrə və uşaqlara yardım mərkəzinə yerləşdirilib.

Həbs edilən qadını “Dələduzluq” maddəsi ilə beş ilə qədər həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın