25 
Dek
2020
23:32
2814

Türkiyəyə səfər edən şəxslərin DİQQƏTİNƏ

Türkiyə rəsmilərinin yeni qərarına əsasən, 28 dekabrdan hava yolları vasitəsilə ölkə ərazisinə daxil olan şəxslərdən koronavirusa yoluxmadıqlarını təsdiq edən neqativ test sənədi tələb olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca açıqlama verib.

“Türkiyəyə 28 dekabrdan təyyarə ilə, 30 dekabrdan isə quru yolu nəqliyyatı ilə gələn bütün sərnişinlər 72 saat əvvəl edilən mənfi koronavirus testinin sənədini təqdim etməlidirlər. Əks təqdirdə onların Türkiyəyə girişlərinə icazə verilməyəcək”, - deyə Türkiyə Səhiyyə Nazirliyinin göstərişində qeyd olunur.

Bu tənzimləmə 1 Mart 2021-ci il tarixinədək qüvvədə olacaqdır.

Əlavə suallarınız olarsa, vətəndaşların səfirliyin qaynar xətti ilə əlaqə qurma imkanı var:

1. Gürcüstanın Ankara səfirliyinin qaynar xətti: +90 533 690 30 40; +90 539 220 82 80;

2. Gürcüstanın İstanbuldakı Baş Konsulluğunun qaynar xətti: +90 541 818 44 00;

3. Gürcüstanın Trabzondakı Baş Konsulluğunun qaynar xətti: +90 541 326 22 26.

Bizimlə əlaqə saxlayın