25 
Dek
2020
09:23
1201

Dünyaya meteorit düşdü - VİDEO

Çinin Tsinxay əyalətinin sakinləri səhəri güclü səs-küylə açıblar. Əvvəlcə yeraltı təkanlar olub, sonra səmanı göz qamaşdıran işıq görünüb.

Qorxmuş insanlar məsələnin nə olduğunu anlamadan küçələrə qaçıblar, amma sonra telefonlarını əllərinə alıb çəkilişlərə başlayıblar.

Bu barədə “Zvezda” xəbər yayıb.

Məlumata görə, daha sonra Çinin Seysmoloji Mərkəzi ərazinin üstündən bir meteoritin uçduğunu bildirib. Səma cismi Yuyşu şəhərindən 40 kilometr aralıda adamsız əraziyə düşüb.

İtki və dağıntının olmadığı bildirilir. Alimlər dağlarda səma cisminin qalıqlarını axtarmağa başlayıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər