19 
Dek
2020
09:48
238

ABŞ-da daha bir peyvəndin tətbiqinə icazə verildi

ABŞ-ın Ərzağın keyfiyyəti və Dərman məsələləri üzrə İdarəsi (FDA) fövqəladə şəraitdə sürətləndirilmiş prosedur üzrə koronavirus peyvəndinin qeydiyyatı ilə bağlı “Moderna” şirkətinin müraciətini bəyənib.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bu barədə FDA-nın mətbuat xidməti bildirib.

"Bu gün (cümə günü-red) FDA COVID-19 xəstəliyinə qarşı ikinci vaksinin fövqəladə şəraitdə istifadəsinə icazə verdi. Təcili istifadənin təsdiqlənməsi 18 və ya daha yuxarı yaşda insanlara peyvəndin istifadəsinə imkan verir”, - xəbərdə qeyd edilir.

Daha əvvəl peyvəndlə bağlı analoji razılığı “BioNTech” və “Pfizer” şirkətləri alıb.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Bizimlə əlaqə saxlayın