05 
Dek
2020
20:47
1669

Türkiyədə Gürcüstan vətəndaşı həyatını itirdi

Türkiyədə Gürcüstan vətəndaşı avtomobil qəzasında həyatını itirib.

InterPress.ge xəbər verir ki, hadisə Trabzon vilayətində qeydə alınıb.

Yerli medianın verdiyi məlumata görə, yük maşınının sürücüsü sükanı çevirə bilməyib və yoldan çıxıb.

Hadisə yerinə cəlb olunan təcili yardım qrupu yaralı sürücünü xilas edə bilməyib.

Medianın verdiyi məlumata görə, yük maşını İskəndərun şəhərindən Gürcüstan istiqamətində gəlirmiş.

Bizimlə əlaqə saxlayın