05 
Dek
2020
19:12
882

Etirazçılar Paşinyana şərt kəsdilər

Etirazçılar İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyana şərt kəsiblər.

InterPress.ge xəbər verir ki, etirazçılar baş nazirə istefa etməsi üçün 9 dekabr saat 12: 00-a qədər vaxt veriblər.

Etirazçılar Paşinyanın istefa etməyəcəyi təqdirdə müxalifətin ölkə daxilində itaətsizlik elan edəcəyini söyləyiblər.

Xatırladaq ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağda atəşkəsə dair üçtərəfli razılaşma imzaladıqdan sonra Ermənistan paytaxtında etirazlar davam edir.

Bizimlə əlaqə saxlayın