01 
Dek
2020
09:51
2276

Gürcüstanın Türkiyədəki səfiri vətəndaşlara xəbərdarlıq edir

Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Cancqava vətəndaşlara məhdudiyyətlər barədə xəbərdarlıq edir.

InterPress.ge xəbər verir ki, o, bu barədə facebook səhifəsində yazıb.

“Türkiyə Respublikasında olan Gürcüstan vətəndaşlarının diqqətinə! Türk tərəfinin qərarı ilə, koronavirusun yayılmasının prevensiyası çərçivəsində, ölkə miqyası ilə, vətəndaşlara bazar ertəsindən cümə günü daxil olmaqla saat 21:00-dan saat 05:00-a qədər küçəyə çıxmaq qadağan edilir, şənbə-bazar isə, cümü günü saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər.

Bu tənzimləmə 1 dekabr, saat 21: 00-da qüvvəyə minəcəkdir! Yuxarıda göstərilən qaydanı pozan şəxs cərimələnəcəkdir!” - Deyə səfir Facebook səhifəsində yazıb

Bizimlə əlaqə saxlayın