27 
Nybr
2020
14:41
541

Paşinyan: "Putinlə bir saatda iki dəfə telefonla danışdım"

“Rusiya prezidenti Vladimir Putinlə bir saat ərzində Dağlıq Qarabağ məsələləri ilə bağlı iki dəfə telefonla danışdım”.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Vladimir Putinlə son bir saat ərzində iki dəfə telefonla danışdım. Görüşlərdə Laçın dəhlizindəki yaşayış yerləri, itkin düşənlər, axtarış əməliyyatları, cəsədlər və hərbi əsirlərin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və demarkasiyası, həmçinin bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə edildi",- dedi Paşinyan.

Onun sözlərinə görə, belə müzakirələr mütəmadi, bəzən gün ərzində bir neçə dəfə aparılır.

Bizimlə əlaqə saxlayın