25 
Nybr
2020
22:59
1026

Argentinada Maradonaya görə matəm elan olundu - YENİLƏNİB

Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin prezident administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Argentina prezidenti Maradonanın ölümü ilə bağlı bu gündən başlayan üç günlük matəm elan edib.

***20:36

Dünya futbol əfsanəsi Dieqo Armando Maradona vəfat edib.

InterPress.ge-nin CNN-ə istinadən məlumatına görə, argentinalı dünya çempionu 60 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, Maradona 11 noyabrda xəstəxanadan evə yazılmışdı. O, subdural hematomadan əməliyyat olunmuşdu.

Bizimlə əlaqə saxlayın