31 
Okt
2020
07:57
263

İzmirdə zəlzələ nəticəsində 24 nəfər ölüb, 804 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində yaranan dağıntılar səbəbindən araşdırmalara başlanılıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül açıqlama verib.

Bundan başqa, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib ki, dağıntılar meydana gələn 8 binada axtarış-xilasetmə işləri yekunlaşıb, 9 binanın dağıntıları altından insanların çıxarılması işi davam edir.

Hadisə nəticəsində ölənlərin sayı 24-ə, yaralıların sayı 804-ə yüksəlib

Bizimlə əlaqə saxlayın