30 
Okt
2020
16:57
623

Türkiyədə güclü zəlzələ baş verdi - bina çökdü

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb.

Zəlzələ Tbilisi vaxtı ilə 15:54-də baş verib.

Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər