29 
Okt
2020
21:11
1403

SON DƏQİQƏ! Açıqlama gəldi - "Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir"

Azərbaycan Ordusunun bir aydan çoxdur başlatdığı əks-hücum əməliyyatları qarşı tərəfi ağ bayraq qaldırmağa məcbur edir.

InterPress.ge xəbər verir ki, artıq Dağlıq Qarabağdakı separatçıların lideri Araik Aratunyan əvvəlki ritorikasından əl çəkərək məğlub olduqlarını etiraf etməyə başlayıb.

Separatçıbaşı bu gün videomüraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.

Qeyd edək ki, Ermənistan rəhbərliyi daha əvvəl döyüşçülərin Azərbaycanın işğal olunmuş ərazilərindən qaçmasını "taktiki geriçəkilmə" kimi əsaslandırmışdı. Lakin sonrakı proseslər, habelə baş nazir Nikol Paşinyanın etirafları ermənilərin döyüş meydanından qaçdığını sübuta yetirdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər