27 
Okt
2020
19:25
2084

Azərbaycanın Bərdə şəhəri bombalandı: Ölənlər var - BİRBAŞA CANLI YAYIM

"Bu gün günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər İsmayılov Ehtiram Xəlil oğlu, Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Bizimlə əlaqə saxlayın