27 
Okt
2020
08:14
1079

İkinci Qarabağ müharibəsinin ilk bir ayı - Azərbaycanın əldə etdiyi UĞURLAR

Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayıb.

InterPress.ge xəbər verir ki, ötən bir ay ərzində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, üç qəsəbəni, 150-dən artıq kəndi, eləcə də strateji yüksəklikləri azad edib.

Azərbaycan Prezidenti İlham Əliyev dünən xalqa müraciətində sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edib:

“53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.

Piyadaların döyüş maşınlarının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb, müxtəlif çaplı toplar - 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb.

Minaatan - 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, tank əleyhinə vasitə - 53-ü məhv edilib.

82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS, bir TOS məhv edilib. Zenit raket kompleksləri – dörd ədəd “TOR”, 40-a yaxın “OSA”, dörd ədəd “KUB”, bir ədəd KRUQ, iki ədəd “S-125” qurğusu məhv edilib.

Altı “S-300” məhv edilib, bir aşkaretmə stansiyası, bir lokator, əməliyyat taktiki raket kompleksləri – iki “Elbrus” məhv edilib, bir “Toçka-U” məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si silah-sursatı ilə bir yerdə, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb, toplam düşmən 404 yük avtomobilindən məhrum edilib”.

Uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan bir çox ölkələrin rəhbərlərinə zəng edərək, Azərbaycan Ordusunun dayandırılması üçün yalvarıb.

Bir ay ərzində əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün üç dəfə atəşkəs razılaşdırılsa da, hər dəfə Ermənistan silahlı bölmələri bu razılaşmaya əməl etməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər