14 
Okt
2020
07:54
573

Hikmət Hacıyev: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin vacib rolunu bir daha təsdiq etdik”

Azərbaycanın Prezident köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı baş tutub.

InterPress.ge xəbər verir ki, bununla bağlı H.Hacıyev özünün “Twitter” hesabında məlumat verib.

“Mütəmmadi təmasda olduğum dostum İbrahim Kalın ilə telefon danışığından məmnun qaldım. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”, - o bildirib.

Bizimlə əlaqə saxlayın