13 
Okt
2020
07:31
1054

Darvazanın qapısı qalxdı, fəhlə faciəvi şəkildə həlak oldu – VİDEO

Rusiyanın paytaxtında baş verən dəhşətli hadisənin görüntüləri müşahidə kamerası tərəfindən qeydə alınıb.

Belə ki, fəhlə təmir işləri ilə məşğul olarkən darvaza yuxarıya doğru açılmağa və kişini də özü ilə konsturksiyaya doğru sürükləməyə başlayıb.

REN TV qorxunc hadisənin görüntülərini paylaşıb.

Qapını avtomobilin park etməyə gələn sürücü açıb. Ehtimal ki, təmir işləri zamanı darvazanın açılmayacağı düşünülüb.

Sürücü baş verənləri gördükdən sonra dəhşətə düşür və kömək üçün adamları çağırmağa başlayıb. İşçilər təcii tibbi yardım çağırıblar. Lakin kişinin həyatını xilas etmək mümkün olmayıb.

Baş verənlərlə əlaqədar yoxlamalara başlanılıb, əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər