11 
Okt
2020
20:58
2038

Gəncədə yaralanan uşaq: "Daşın altında qaldım" - VİDEO

Ermənistan silahlı qüvvələrinin bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub. Bununla yanaşı, binaların altında bir neçə uşaq çıxarılıb, onlar müxtəlif ağır xəsarətlər alıblar.

InterPress.ge xəbər verir ki, Raket atəşi zamanı yaralanan azyaşlı Ömər Nəsirov "Report"a bildirib ki, o, daşın altında qalıb: "Qorxdum. Bu mənim yadımdan çıxmayacaq".

Həmin uşaqların biri ilə videoreportajı təqdim edirik:

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər