11 
Okt
2020
16:10
2066

Gəncənin raket atəşinə tutulması anı - VİDEO

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinin raket atəşinə tutulması anının videogörüntüsü yayılıb.

InterPress.ge xəbər verir ki, görüntüdə ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması yer alır.

Videogörüntü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində raket atəşi nəticəsində 4 qadın olmaqla, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın