10 
Okt
2020
16:40
1214

Müvəqqəti atəşkəs hansı müddəti əhatə edəcək? - Azərbaycan XİN rəhbərindən AÇIQLAMA

“Müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyi barədə məlumat göstərilməyib. Əsas prinsip odur ki, bu Qırmızı Xaç Komitəsi tərəfindən həyata keçiriləcək”.

InterPress.ge-nin Azərbaycan KİV-nə istinadən məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada keçirilən danışıqlarda Azərbaycana zəmanət verilib-verilməməsi barədə sualı cavablandırarkən deyib.

O bildirib ki, Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş torpaqlardan qoşunların çıxarılması cədvəlini özündə ehtiva edir:

“Həlak olan hərbçilərin meyitlərinin dəyişdirilməsi prosesinin hansı müddət ərzində başa çatacağını əvvəlcədən demək çətindir.

Bu barədə Qırmızı Xaç Komitəsi mövcud hərbi vəziyyət imkan verdikdə və bu əməliyyatlar başlandıqdan sonra dəqiq məlumat verə bilər”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər