10 
Okt
2020
13:28
2084

SON DƏQİQƏ! Azərbaycan MN bəyanat yayır: Ermənistan silahlı qüvvələri hücuma keçməyə cəhd göstərdi

"Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib".

InterPress.ge xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur:

“Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”.

Bizimlə əlaqə saxlayın