10 
Okt
2020
13:14
1211

Bu ölkə Gürcüstanı yüksək riskli ölkələrin sırasına daxil etdi

9 oktyabr tarixində İsveçrə hökuməti, qlobal epidemioloji riskləri nəzərə alaraq siyahını yeniləyib və digər ölkələrlə yanaşı Gürcüstanı da yüksək riskli ölkələrin sırasına daxil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İsveçrədəki səfirliyi məlumat yayır.

Səfirlikdən verilən məlumata görə, bu səbəbdən, tranzit ölkənin epidemioloji statusundan asılı olmayaraq, Gürcüstanın müxtəlif tranzit yolları ilə 12 oktyabr tarixindən etibarən İsveçrə ərazisinə daxil olan Gürcüstan vətəndaşlarından 9 günlük karantin / özünütəcrid etmə tələb olunacaq. Bu qayda Gürcüstandan İsveçrəyə daxil olan istənilən şəxsə şamil edilir və qaydanın pozulması halında 10.000 İsveçrə frankı məbləğində yüksək cərimə nəzərdə tutulur.

"İsveçrəyə daxil olduqdan sonra Gürcüstan vətəndaşı mənzilindən, mehmanxanadan və s. çıxmadan dərhal təcrid olunmalı, ən çox 2 gün ərzində, yaşadığı yerə görə müvafiq qurumlarla əlaqə qurmalı və alınan təlimatlara / tövsiyələrə əməl etməlidir. https://www.bag.admin.ch/…/em…/quarantaene-einreisende.html…

"Vətəndaşlar səfərə çıxmadan öncə müvafiq avia şirkətlə əlaqə saxlamaq, Covid-19 haqqında qaydaları öyrənmək və eləcədə covid testindən keçmə sənədini təqdim etməlidir" .- Səfirlikdən bildirildi.

Bizimlə əlaqə saxlayın