07 
Okt
2020
13:41
1409

Ermənistan yeni itkilərini açıqladı - onlarla ölü

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən erməni hərbçilərin sayını açıqlayıb.

InterPress.ge-nin “Sputnik”ə istinadən məlumatına görə, Ermənistan tərəfi daha 40 hərbçisini itirdiyini bildirib.

Bununla da Ermənistan Azərbaycan Ordusunun ümumilikdə 280 erməni işğalçısını məhv etdiyi etiraf edib.

Bizimlə əlaqə saxlayın