06 
Okt
2020
10:39
397

Mövlud Çavuşoğlu Bakıya gedir

Türkiyə Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfər edir.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi səhifəsində qeyd edilir.

“Cənab nazirimiz 6 oktyabr 2020-ci il tarixində Azərbaycana işgüzar səfər edəcək.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi nəzərdə tutulan nazir həmkarı Ceyhun Bayramov ilə də Yuxarı Qarabağdakı son vəziyyət, mövcud regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparacaq”, - deyə mətndə bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər