03 
Okt
2020
08:48
2012

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın məhv edilən döyüş texnikasının siyahısını yaydı 

"Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, döyüşlərdə Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Azərbaycan MN-nin yaydığı məlumata görə, sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək Ermənistanın ümumi itkiləri aşağıdakı kimidir:

- 230-dək tank və digər zirehli texnika;

- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 38 ədəd hava hücumundan müdafiə vasitələri;

- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 7 silah-sursat anbarı;

- 130-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Bizimlə əlaqə saxlayın