02 
Okt
2020
08:53
2431

Saakaşvili hücuma məruz qalması barədə xəbərlərə münasibət bildirib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyevdə restoranda hücuma məruz qalması barədə yayılan xəbərlərə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, o, “Facebook” səhifəsində məlumatları təkzib edib.

Keçmiş prezident, Kiyevdəki bir restoranda hücuma məruz qaldığını deyil, həmin şəxsin əlində qələm Saakaşvilinin imzasını istədiyi üçün yaxınlaşdığını yazır.

““Əslində həmin şəxs sadəcə əlində qələmlə avtoqraf xahiş etmək üçün yaxınlaşdı", - deyə Saakaşvili yazır.

Mixail Saakaşvilinin mətbuat katibi Darina Çiji Strana nəşrinin redaktorlarından biri Svetlana Kriukovaya Facebookda müraciət edərək niyə yayımladığı videoya diqqətlə baxmadığını soruşur və "Tamamilə cəfəngiyatdır! Saakaşviliyə heç kim hücum etməyib" - deyə yazıb.

Svetlana Kryukova isə şərh bölməsindəki ona cavab verir " belə maraqlı deyil və videoda necə idisə qaytarın" - yazır.

Bizimlə əlaqə saxlayın