30 
Sen
2020
21:58
1285

Azərbaycan Müdafiə Nazirliyi cəhbədəki son vəziyyəti açıqladı

"İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks hücum əməliyyatları davam etdirilir".

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən Ermənistan ordusu hücuma cəhd göstərib:

“Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Düşmənin bu fəaliyyətinin qarşısı alınıb”.

A.Eyvazov Cəbrayıl rayonunu istiqamətində Ermənistan ordusunun döyüş texnikalarının Azərbaycan bölmələri tərəfindən məhv edildiyini və Füzuli rayonu istiqamətində yerləşən 4-cü taborun ağır artilleriya atəşinə tutulduğunu qeyd edib.

“Ümumiyyətlə, əks hücum əməliyyatı başlayandan bu günə qədər düşmənin 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. 130-dan artıq tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, beş silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib”, - deyə A.Eyvazov qeyd edib.

Bizimlə əlaqə saxlayın