27 
Sen
2020
16:05
2813

Azərbaycan Ordusu daha bir kəndi nəzarəti altına aldı - RƏSMİ

"Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri Azərbaycan ordusunun nəzarətinə alınıb.

Bundan əlavə qeyd olunur ki, Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər