19 
Sen
2020
08:37
676

Qonşu ölkədə koronavirusa qarşı preparatlar apteklərə veriləcək

Koronavirusun yeni tipinə qarşı effektivliyi sübut olunan “Areplivir” preparatı artıq Rusiyada apteklərə tədarük ediləcək.

Bu barədə TASS istehsalçı şirkət “Promomed”ə istinadla xəbər yayıb.

Məlumata görə, bazar ertəsindən etibarən sözügedən preparatın apteklərə verilişi başlayacaq.

Xatırladaq ki, beynəlxalq patentlənməmiş adı “Favipiravir” olan bu dərman əvvəllər ebola xəstəliyinin müalicəsində istifadə olunub. İyul ayının əvvəlində “Areplivir”in koronavirus infeksiyasına qarşı mübarizədə yüksək effektivlik (90 faizdən artıq) göstərdiyi bildirilmişdi.

Bizimlə əlaqə saxlayın