13 
Sen
2020
08:51
1258

Ananın gözü qarşısında DƏHŞƏT: hasardan tullanıb uşağını oğurlamaq istədilər - VİDEO

Yanlarında uşaq olan iki qadın restoranda oturub nahar edirlər. Bu zaman naməlum gənc hasardan tullanaraq cəld onlara yaxınlaşır və uşağı qaçırmağa çalışır.

“Daily Mail”in məlumatına görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Kadrlarda qadının masanın üstündən əyilərək oğruya mane olmağa çalışdığı görünür. Həmin vaxt orada olan restoran sahibi dərhal kişini tutaraq onu yerə yıxır.

Köməyə kənardan da insanlar gəlir.

Hadisə yerinə polis çağırılıb. 24 yaşlı gənc saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər