12 
Sen
2020
08:37
376

Ermənistanda karantin müddəti artırıldı

Ermənistan hökuməti fövqəladə vəziyyət rejiminin müddətinin bitməsindən sonra ölkədə karantin rejimi tətbiq edilməsi barədə qərar qəbul edib.

InterPress.ge Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanda karantin 11 yanvar 2021-ci il tarixinədək tətbiq ediləcək.

Qeyd edək ki, Ermənistanda mart ayından bəri fövqəladə vəziyyət rejimi qüvvədədir.

Ən son məlumatlara görə, Ermənistanda 45 503 koronavirusa yoluxma halı aşkar edilib, 909 nəfər COVID-19-dan ölüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər