11 
Sen
2020
08:51
804

Məktub ünvanına 100 il sonra çatıb

ABŞ-da poçt açıqcanı (“otkrıka”nı) yüz il sonra ünvanına çatdırıb.

InterPress.ge-nin məlumatına görə, bu barədə "FOX 17" bildirib.

Nəticədə Beldinqdən olan qadın gözlənilmədən 1920-ci ildə göndərilmiş məktubu alıb. Qadın poçt qutusunda Xellouində köhnə açıqcanı aşkarlayıb. Ehtimala görə o, poçtdakı başqa məktubların arasında itib.

Açıqcanın küncündə Corc Vaşinqtonun markası və 29 oktyabr 1920-ci ildən Ceymstaun ştampı yapışdırılıb. Açıqcada pişiklə, qazla və bayquşla cadugər təsvir edilib.

Bizimlə əlaqə saxlayın