04 
Avq
2020
08:31
625

Koronavirusun yaratdığı problemə görə, bu ölkə restoranlarda hərkəsin yediyinin hesabını ödəyəcək

İngiltərədə dövlət avqust ayı ərzində həftənin 3 günü restoranlarda hesabın yarısını ödəyəcək.

InterPress.ge xəbər verir ki, koronavirus epidemiyasına görə qida və içki sektorunda mübarizə aparan müəssisələrə dəstək vermək üçün hökumətin başlatdığı proqram çərçivəsində ölkə daxilində 72 min restoran və kafelərdə hesabın yarısı dövlət tərəfindən ödəniləcək.

Maliyyə naziri Rişi Sunak proqramın məqsədinin qida və içki sənayesində çalışan 1 milyon 800 min aşpaz, ofisiant və sahibkarları qorumaq olduğunu söyləyib.

Yeni qayda avqust ərzində bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri tətbiq olunacaq.

Bizimlə əlaqə saxlayın