02 
Avq
2020
08:13
391

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sutka ərzində Azərbaycanda 7283 koronavirus testi edilib. Onlardan 279-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 732 236-ə çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 267 nəfərdir. Onlardan 64 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 5229 nəfər aktiv koronavirus xəstəsi var.

Bizimlə əlaqə saxlayın