29 
Iyl
2020
17:07
321

Rusiya zooparkında quşların kütləvi ölümü qeydə alınıb

Rusiyanın Kalininqrad şəhərində zooparkda quşların kütləvi ölümü qeydə alınıb.

İnterPress-in Rusiya müxbiri xəbər verir ki, heyvanat bağçasındakı gölməçələrdə ümumilikdə 18 quş tələf olub.

Quşlar ördəkkimilər və qazkimilər dəstəsinə aid olub. Hazırda həmin hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Zooparkda qalan digər quşlar başqa gölməçələrə köçürülüb.

Bizimlə əlaqə saxlayın