14 
Mar
2020
10:07
2029

Azərbaycana məxsus olan aviaşirkət Gürcüstanla uçuşları dayandırdı

Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, Azərbaycan respublikasının “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.

InterPress.ge xəbər verir ki, bu barədə “Buta Airways” aviaşirkətinin facebook səhifəsində bilirilib.

Qeyd edilir ki, qərar martın 24-dək qüvvədə olacaq.

Qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.

Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası ilə əlaqədar, sərnişinlər bütün ləğv olunmuş istiqamətlər üzrə aviabiletləri geri qaytara və ya dəyişdirə, fəaliyyətdə olan istiqamətlər üzrə isə aviabiletləri dəyişdirə bilərlər. Daha ətraflı məlumat, həmçinin biletlərin geri qaytarılması proseduru aviaşirkətin saytında yerləşdirilib:

Bizimlə əlaqə saxlayın